QAMBİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ–ALİLƏRİ CƏNAB YƏHYA CAMMEHƏ
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq münasibətlərinin inkişafı və möhkəmləndirilməsi əməkdaşlıq imkanlarımızın genişlənməsinə xidmət edəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, dost Qambiya xalqına əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 8 fevral 2006-cı il.