QANUN POZANLARIN 67 FAİZİ CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB OLUNMUŞDUR
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, bu ilin yanvar-avqust aylarında Azərbaycanda aşkar edilən 11250 nəfər qanun pozucusundan 67 faizi cinayət məsuliyyətinə cəlb olunmuşdur. Onların 87 faizi əmək qabiliyyətli, lakin heç yerdə oxumayan və işləməyən, 8 faizi əvvəllər cinayət törədən, 4 faizi sərxoş vəziyyətdə olan şəxslər, 14 faizi isə qadınlardır.