Qanunsuz balıq ovlayanlar saxlanılıb
Bakı, 15 avqust, AZƏRTAC
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Zəvvar Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Xidmət rəsmisi Arzu Babayevanın AZƏRTAC-a verdiyi məlumata görə, araşdırma zamanı qanunsuz balıq ovlayanların Neftçala rayon sakini Rahil Xankişiyev və Salyan rayon sakini Şahin Cəbrayılov olduğu müəyyən edilib, onlardan uzunluğu 20 metr olan 2 ədəd sintetik tor götürülüb.
Faktla bağlı qanun pozucuları barəsində akt və protokol tərtib olunub, qanunamüvafiq tədbirlər görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]