Qanunsuz erməni silahlılarının iki üzvü mina partlayışı nəticəsində ağır xəsarət alıb
Bakı, 19 dekabr, AZƏRTAC
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycanın Qarabağ iqtisadi zonasının Xocavənd rayonu istiqamətində qanunsuz erməni silahlı dəstəsinin postlarından birində mina partlayışı baş verib.
AZƏRTAC xəbər verir ki, həmin istiqamətdəki mənbələrdən əldə edilən məlumatda dekabrın 18-də günorta saatlarında baş verən partlayış nəticəsində qanunsuz dəstənin iki üzvünün ağır yaralandığı bildirilir. Yaralılar Xocavənddəki mülki xəstəxanaya yerləşdirilib.
Məlumatda, həmçinin qeyd olunub ki, dəstənin Samvel adlı üzvü üz nahiyəsindən çoxsaylı qəlpə yarası alıb və bir ayağı amputasıya edilib. Qanunsuz erməni silahlı dəstəsinin vəziyyəti ağır qiymətləndirilən digər üzvü isə baş və diz nahiyələrindən çoxlu qəlpə yarası alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altı aylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]