QANUNSUZ SAHİBKARLIQ FAKTLARI AŞKAR EDİLMİŞDİR
Nazirliyin Operativ Nəzarət İdarəsinin və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin əməkdaşları həmin ünvanda birgə tədbir keçirmişlər. Həyətyanı sahədə 23 min 658 kiloqram karton, 6 min ədəd müxtəlif növ hazır kisə, o cümlədən “EVRO” əmtəə nişanı ilə markalanmış sement kisələri aşkar olunmuş, əlaqədar şəxslərin izahatları alınmışdır. Müəyyən edilmişdir ki, sexdə işləyən 15 nəfərin bir çoxu ilə əmək müqavilələri bağlanmayıb, “EVRO” sement kisələri müvafiq qaydaların pozulması ilə hazırlanıb və vergilərdən yayınma hallarına yol verilib.
Eyni zamanda, Sahil qəsəbəsində yerləşən “Dostluq” kafesinin zirzəmisində keçirilmiş tədbir zamanı 620 kisə “EVRO” əmtəə nişanı ilə markalanmış hazır məhsul - sement aşkar edilmişdir. Göstərilənlərlə bağlı əlaqədar şəxslər izahatlarında 2005-ci ilin iyun ayından fəaliyyət göstərdiklərini və hər ay 22 min kiloqram sement qablaşdırıb satışı ilə məşğul olduqlarını, bu müddət ərzində istifadə olunan bütün sement kisələrini Əmircan qəsəbəsində yaşayan Elxan Zairovdan aldıqlarını və fəaliyyətləri barədə vergi orqanlarına məlumat vermədiklərini bildirmişlər.
Hazırda hər iki fiziki şəxsin fəaliyyəti ilə bağlı yoxlama davam etdirilir.