QARA ALMAZLAR KOSMİK MƏNŞƏLİ OLA BİLƏR
Florida ştatındakı Beynəlxalq Universitetin və Heydərabad ştatındakı Hindistan Kimya-Texnologiya İnstitutunun alimləri qara almaz nümunələrini birlikdə tədqiq etmişlər. Tədqiqatlar zamanı elektron mikroskoplardan istifadə edilmiş və spektral analiz metodları tətbiq olunmuş, habelə nümunələrə rentgen şüaları və infraqırmızı şüalarla, elektron cərəyanı ilə təsir göstərilmişdir.
Tədqiqatların nəticələri qara almazların tərkibində titan və azot birləşmələri olduğunu müəyyənləşdirməyə imkan vermişdir. Bunlar isə əvvvəllər xondrit adlandırılan meteoritlərin tərkibində aşkar edilmişdir. Bu faktlar alimlərə planetimizdəki qara almazların kosmik mənşəli olduğu barədə nəzəriyyə irəli sürməyə imkan verir.