QARA DƏNİZ TİCARƏT VƏ İNKİŞAF BANKI YUNİBANK-A KREDİT XƏTTİ AÇMIŞDIR
Bankdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, QTİB banka müddətsiz revolver kredit xəttini ixrac-idxal əməliyyatlarının kreditləşdirilməsi məqsədi ilə ticarətin maliyyələşdirilməsi üçün verir. Kredit xəttinin ümumi məbləği 3 milyon ABŞ dollarıdır.
Bankın idarə heyətinin sədri Faiq Hüseynov demişdir ki, “YuniBank” Azərbaycanın QTİB-dən ticarətin maliyyələşdirilməsi üçün kredit xətti alan ilk özəl bankıdır. Bu xətdən QTİB-in üzvü olan ölkələrlə ixrac-idxal əməliyyatlarının maliyyələşdirilməsi üçün istifadə olunacaqdır. Lakin saziş vəsaitin 50 faizini QTİB-in üzvü olmayan ölkələrlə ixrac əməliyyatlarının maliyyələşdirilməsinə yönəltmək imkanı verir. Həmin proqram xarici ticarətin inkişafına kömək edəcək ki, bunun da ölkəmiz üçün böyük əhəmiyyəti vardır”.
QTİB beynəlxalq maliyyə təsisatıdır, onun təsisçilərinin tərkibinə 11 ölkə, o cümlədən Azərbaycan daxildir. Bankın fəaliyyəti ictimai və özəl bölmələrin layihələrinə təminat vermək və onları maliyyə ehtiyatları ilə təmin etmək yolu ilə iqtisadi inkişafın və regional əməkdaşlığın dəstəklənməsinə yönəldilmişdir. QTİB-in kapitalı 1,45 milyard dollar təşkil edir, 66 layihə üzrə ümumi kredit portfeli isə 740 milyon ABŞ dollarına bərabərdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:07]
Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb
- 07.10.2026 [13:43]
ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb
- 07.10.2026 [13:15]