Qara dənizdə Türkiyə bayrağı altında üzən gəmi batıb
İstanbul, 20 noyabr, AZƏRTAC
Noyabrın 19-da güclü fırtına səbəbindən Qara dənizdə Türkiyə bayrağı altında üzən “Kafkametler” adlı gəmi ilə əlaqə kəsilib. Aparılan axtarış işləri nəticəsində gəminin dalğaqırana çırpılaraq batdığı müəyyən edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlama verib. Onun sözlərinə görə, gəmidəki 12 türk ekipaj üzvü ilə hələ də əlaqə qurmaq mümkün olmayıb.
Xatırladaq ki, Rusiyadan İzmir vilayətinin Əliağa limanına yük daşıyan gəmi Qara dəniz bölgəsində fırtına səbəbindən Ereğli limanına sığınıb. Burada lövbər sala bilməyərək, yenidən hərəkətə keçən gəmi limandan ayrıldıqdan qısa müddət sonra onunla əlaqə kəsilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:58]
Taylandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]
Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir
- 05.10.2026 [17:30]
“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib
- 05.10.2026 [16:31]
Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır
- 05.10.2026 [16:14]
Qazaxıstanda cinayətlərin sayı azalıb
- 05.10.2026 [16:07]