“Qara işıq”dan süzülən şeirlər
Bakı, 2 aprel, AZƏRTAC
Müzahim İsmayılzadənin Bakı, “MBM” nəşriyyatı tərəfindən çap olunan şeirlər kitabı “Qara işıq” adlanır.
AZƏRTAC xəbər verir ki, kitaba müəllifin son illər yazdığı lirik şeirlər daxil edilib. Yaradıcılığa şeirlə başlayan müəllifin imzası oxuculara çoxdan tanışdı. Belə ki, onun yaradıcılıq məhsulu olan bir neçə nəsr əsəri müəllifinə çoxdan hörmət qazandırıb. “Qara ışıq” M.İsmayılzadənin bir növ özünə qayıdışıdır. Müasir insanının dünyagörüşü, duyğusu, xarakteri, sevgi dolu hisləri bu şeirlərin əsas mövzusunu təşkil edir.
Müəllifin kitabda yer alan “Araz-Vətəndi, Vətən”, “Mən yerdəyəm, sən göydə”, “Yaxşı adamlar”, “Ürəyimdə”, “Günəş gözümdə yatır” və digər şeirlərində onun sözə həssas münasibəti, poetik axtarışları, obrazlı ifadələri, ən əsası isə səmimiliyi diqqəti cəlb edir.
İnanırıq ki, nəsr əsərlərində olduğu kimi, yeni şeirlər kitabı da Müzahim İsmayılzadəni oxuculara sevdirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2026 [18:36]
Anar Heybətov: Prezident mükafatı yaradıcılığıma böyük stimul verir
- 07.05.2026 [16:56]
Rəsul Rzanın ev-muzeyində tədbir - Bir ocaqda iki şairin işığı
- 07.05.2026 [16:28]
“Cənnət yuxusu” sənədli filmi Ankarada tələbələrə təqdim edilib
- 07.05.2026 [16:12]
İncəsənət xadimləri mükafatlandırılıb - Sərəncam
- 07.05.2026 [16:09]
On bir nəfərə Prezidentin fərdi təqaüdü veriləcək - Sərəncam
- 07.05.2026 [15:20]
ARKA: Bu il ekranlara 10 tammetrajlı bədii film çıxacaq
- 07.05.2026 [15:04]