“Qarabağ” komandası Azərbaycan kubokunun yarımfinalının ilk oyununda “Neftçi”yə qalib gəlib
Bakı, 30 mart, AZƏRTAC
Martın 30-da futbol üzrə Azərbaycan kuboku uğrunda yarışın yarımfinal mərhələsinin digər oyununda “Qarabağ” klubu “Neftçi”nin qonağı olub. Oyunda 2:0 hesabı ilə qalib gələn “Qarabağ” komandası cavab qarşılaşması üçün sərfəli nəticəni təmin edib.
AZƏRTAC xəbər verir ki, “Baksell Arena”da baş hakim Əliyar Ağayevin idarə etdiyi matçın 13-cü dəqiqəsində Muarem Muarem “Qarabağ”ı hesabda irəli çıxarıb. Hücumlarının sayını artıran “Qarabağ” matçın 28-ci dəqiqəsində Dino Ndlovunun vurduğu qolla hesab arasındakı fərqi daha da artırıb - 2:0. Komandalar fasiləyə bu hesabla yollanıblar.
Görüşün ikinci hissəsində futbolçuların cəhdlərinə baxmayaraq, oyunda əlavə qol olmayıb və matç “Qarabağ”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Yarımfinal mərhələsinin ilk qarşılaşmasında “Qəbələ” 3:1 hesabı ilə “İnter”i məğlub edib.
Azərbaycan kuboku yarışının yarımfinal mərhələsinin cavab qarşılaşmaları aprelin 5-də oynanılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]