QARABAĞ MÜHARİBƏSİ ƏLİLLƏRİNƏ YENİ EVLƏRİN AÇARLARI TƏQDİM EDİLMİŞDİR
Nazirliyin məsul işçisi Əli Axundov yeni evlərin açarlarını təntənəli şəkildə Astara rayonunun Siyətük kənd sakini Uğur İbrahimova, Lerik rayonunun Kələxan kənd sakini Xurşud Məmmədova və Yardımlı rayonunun Bozayran kənd sakini Nemət Hüseynova təqdim etmişdir.
Hər birinin smeta dəyəri 50 milyon manat olan və 69 kvadratmetr sahəni əhatə edən evlərdə əlillərin rahatlığı üçün hər cür şərait yaradılmış, onlara həyətyanı torpaq sahələri ayrılmışdır.
İctimaiyyətin nümayəndələri, ağsaqqallar, ziyalılar və əlillərin doğmaları çıxışlarında əhalinin sosial müdafiəsinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə, nazirliyin əməkdaşlarına minnətdarlıqlarını bildirmişlər.