“QARABAĞ” RƏSM STUDİYASI ÜZVLƏRİNİN SƏRGİSİ
Fransanın Azərbaycandakı səfirliyinin sponsorluğu ilə keçirilən sərgidə səfirliyin mədəniyyət üzrə müşaviri İv Bertran, “Qarabağ” Rəsm Studiyasının bədii rəhbəri Gülarə Orucova, “Abşeron” Rəsm Qalereyasının direktoru Eldəniz İbrahimov və başqaları Qarabağın qaçqın ailələrinə mənsub istedadlı uşaqların yaradıcılığından və sərginin əhəmiyyətindən danışmışlar.
Sərgidə “Abşeron” Rəsm Qalereyasının nəzdində fəaliyyət göstərən studiya üzvlərinin 46 əsəri - 6 boyakarlıq, 10 heykəltəraşlıq və 30 qrafika nümunəsi nümayış etdirilir. Günay Bəylərovanın “Parisdə veneralar”, Aniza Əliyevanın “Atlar” tabloları, Kənan Şirinovun “Rəqqasə”, İlkin Hüseynovun “Oturmuş model”, Zaur Sədiyevin “Qaçqın qadın” heykəlləri, Nigar İbrahimovanın “Çəhrayı otaq” və “Fransız kəndi”, Şəbnəm Hüseynovanın “Rəssam qızlar”, Səid Əliyevin “Almalarla natürmort” qrafika nümunələri və digər əsərlər sənətsevərlərdə böyük maraq doğurmuşdur. Mərasimin sonunda “Qarabağ bülbülləri” ansamblı üzvlərinin iştirakı ilə konsert olmuşdur. Sərgi dekabrın 31-dək davam edəcəkdir.