Qarabağ və Şərqi Zəngəzur bölgəsində istifadəyə yararlı TV yayım kanalları ayrılıb
Bakı, 19 yanvar, AZƏRTAC
Qarabağ və Şərqi Zəngəzur bölgəsində yerüstü radio və televiziya yayımının əhatə zonasının genişləndirilməsi məqsədilə hesablamalar aparılıb, əhatə zonaları çıxarılıb. “Yuxarı Sus” (Laçın rayonu), “Balasoltanlı” (Qubadlı rayonu) radio-televiziya yayımı stansiyalarında (RTYS) açıq (ödənişsiz) rəqəmsal yerüstü televiziya yayımı həyata keçirmək üçün radiovericilərin gücü hesablanıb və istifadəyə yararlı boş olan TV yayım kanalları ayrılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Audiovizual Şuranın illik hesabatında məlumat verilib.
Bundan başqa, adıçəkilən RTYS-lərdə “Azərbaycan Radiosu”nun və “İctimai Radio”nun yayımının həyata keçirilməsi üçün istifadəyə yararlı boş radiotezliklər də müəyyən olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [19:32]
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş olub
- 09.10.2026 [18:51]
Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO
- 09.10.2026 [18:21]
Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO
- 09.10.2026 [18:13]