“Qarabağ”a məğlubiyyət “Braqa”nın prezidentini özündən çıxarıb
Bakı, 16 fevral, AZƏRTAC
Portuqaliyanın “Braqa” klubunun prezidenti Antonio Salvador UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda evdə “Qarabağ”a 2:4 hesablı məğlubiyyətdən sonra futbolçularla təcili iclas keçirmək üçün paltardəyişmə otağına gedib.
AZƏRTAC Portuqaliya mətbuatına istinadən xəbər verir ki, funksioner komandanın son dövrlərdəki çıxışından, eləcə də Ağdam klubu ilə matçdakı nəticədən narazı qaldığını bildirib. O, məşqçilər heyətinə və futbolçulara qısa zamanda vəziyyəti düzəltmək üçün tapşırıq verib.
Hətta “Braqa”nın baş məşqçisi Artur Jorjenin iclasa görə mətbuat konfransına gecikdiyi iddia olunur.
Qeyd edək ki, komandalar arasında cavab görüşü fevralın 22-də Bakıda keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]
“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb
- 08.10.2026 [13:14]