“Qarabağ”ın U-16 komandası beynəlxalq turnirdə iştirak edəcək
Bakı, 4 may, AZƏRTAC
“Qarabağ”ın U-16 komandası Niderlandın Deurne şəhərində təşkil olunacaq "U16 Charity Cup" turnirində iştirak edəcək.
Klubdan AZƏRTAC-a bildirilib ki, mayın 13-15-də "Deurne Sportpark" İdman Mərkəzində baş tutacaq yarışda Avropanın müxtəlif ölkələrindən 12 komanda mübarizə aparacaq.
C qrupunda mübarizəyə qatılacaq “Qarabağ” Belçikanın "Anderlext", Niderlandın "Ayaks" və turnirin təşkilatçısı "Robinştayn" klubları ilə qarşılaşacaq.
Qrupda ilk iki yeri tutan və ən yaxşı nəticə göstərən iki 3-cü yer sahibi 1/4 final mərhələsinə vəsiqə qazanacaq. İştirakçılar arasında adıçəkilən komandalarla yanaşı, Almaniyanın "Borussiya", Fransanın "Lill" və Belçikanın "Genk" klubları da var.
Qeyd edək ki, “Qarabağ”ın Niderlanda səfər etməzdən əvvəl - mayın 12-də isə İstanbulda "Başakşəhər"in müvafiq yaş qrupu ilə yoldaşlıq oyunu planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [22:00]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [21:44]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [20:40]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [18:30]
Serbiyanın idman naziri Azərbaycana gəlib
- 08.06.2026 [18:28]
Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm
- 08.06.2026 [18:06]
“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib
- 08.06.2026 [18:03]