“Qaradağ-Lökbatan” klubu hazırlığı davam etdirir
Bakı, 9 fevral, AZƏRTAC
“Qaradağ-Lökbatan” futbol klubu birinci divizionun ikinci dövrəsinə hazırlığını davam etdirir.
Klubdan AZƏRTAC-a bildiriblər ki, Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasında təşkil olunan təlim-məşq toplanışında qış fasiləsində transfer olunan dörd yeni futbolçu da iştirak edir.
Əfqan Talıbovun yetirmələri təlim-məşq toplanışı ilə paralel olaraq, bir neçə yoldaşlıq görüşündə qüvvəsini sınamağı da bacarıb. Azərbaycanın U-19 millisi ilə yoldaşlıq görüşünə qatılan “Qaradağ-Lökbatan” qarşılaşmadan 2:0 hesablı qələbə ilə ayrılıb. Birinci divizionda mübarizə aparan “Bakılı” ilə keçirilən yoldaşlıq oyunu da Lökbatan təmsilçisinin qələbəsi ilə başa çatıb - 1:0.
Qeyd edək ki, birinci divizionda ikinci dövrənin oyunlarına fevralın 18-də start veriləcək və həmin gün “Qaradağ-Lökbatan” komandası Qusarda “Şahdağ”ın qonağı olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]