Qarajdan velosiped oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb
Bakı, 3 sentyabr, AZƏRTAC
Paytaxtın Suraxanı rayonunda oğurluqla məşğul olan şəxs yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 2-də Suraxanı rayonu ərazisində Yeni Günəşli qəsəbəsindəki qarajların birindən 980 manat dəyərində velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Rüstəmov rayon polis idarəsinin 33-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı təhqiqat aparılır.