Qars vilayətinin Arpaçay rayonunda Xocalı faciəsi qurbanlarının xatirəsi anılmışdır
Bakı, 17 mart (AZƏRTAC). Azərbaycanın Qarsdakı baş konsulluğunun təşkilatçılığı ilə Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində vilayətin Arpaçay rayonunda fəaliyyət göstərən Anadolu liseyində soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir.
Tədbirdə iştirakçılara Xocalı soyqırımı haqqında ətraflı məlumat verilmişdir.
Sonra liseyin tələbələri Xocalı soyqırımı qurbanlarına həsr olunmuş şeirlər söyləmiş, türk dilində faciənin 22-ci ildönümü ilə əlaqədar sənədli film nümayiş olunmuşdur.
Tədbirdə Arpaçay rayonunun icra başçısı Faruk Erdem, prokuror Sertaç Sarıkaya, təhsil idarəsinin rəhbəri Hayrettin Karakuzu, Arpaçay rayon jandarm qüvvələrinin komandanı Bülent Çırak, liseyin müəllim və tələbə heyəti, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Baş konsulluq tərəfindən tədbir təşkilatçılarına faciəni əks etdirən müxtəlif materiallar təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]