QARŞIDAKI İKİ AY ƏRZİNDƏ GÜRCÜSTANDA QUŞ QRİPİNİN YAYILACAĞI TƏHLÜKƏSİ EHTİMAL OLUNUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstan Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqə İdarəsinin rəhbəri Levan Baramidze qarşıdakı iki ay ərzində ölkədə quş qripinin yayılması təhlükəsinin artacağını bildirmişdir. O demişdir ki, həmin dövrdə çöl quşları Gürcüstan ərazisindən keçərək, başqa ölkələrə köçürlər.
L.Baramidze ölkə ərazisində müvafiq tədbirlər görüldüyünü, əhali arasında yenidən izahat işləri aparıldığını, quş qripi ilə mübarizəyə 13 milyon dollar ayrıldığını, xəstəxanaların zəruri tibbi avadanlıq və dərmanlarla təchiz olunduğunu bildirmişdir.
Xatırladaq ki, bu ilin fevralında Gürcüstanın Xelvaçauri rayonunda quş qripi faktı qeydə alınmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altı aylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]