“Qatar Airways” yaxın günlərdə məhdud sayda reyslər həyata keçirməyi planlaşdırır
Qahirə, 10 mart, AZƏRTAC
“Qatar Airways” şirkəti yaxın günlərdə məhdud sayda reyslər həyata keçirməyi planlaşdırır. Bu addım mövcud regional şərait səbəbindən reysləri ləğv olunmuş sərnişinlərə dəstək göstərmək və onların mümkün qədər tez və təhlükəsiz şəkildə qayıdışını təmin etmək məqsədi daşıyır.
AZƏRTAC Qətər Xəbər Agentliyinə istinadla xəbər verir ki, bu qərar Qətərin Mülki Aviasiya üzrə Baş İdarəsinin ölkədə hava hərəkətinin qismən bərpası ilə bağlı yaydığı bəyanata uyğun olaraq qəbul edilib.
Eyni zamanda vurğulanıb ki, həyata keçiriləcək reyslər planlaşdırılmış müntəzəm uçuşların bərpası demək deyil. Sərnişinlərdən yalnız təsdiqlənmiş bilet olduqda uçuş üçün hava limanına gəlmələri xahiş olunub.
Şirkət qeyd edib ki, Qətərin hava məkanının bağlı qalması səbəbindən uçuşların əksəriyyəti müvəqqəti olaraq dayandırılıb. “Qatar Airways” Qətərin Mülki Aviasiya üzrə Baş İdarəsi hava məkanının təhlükəsiz şəkildə yenidən açıldığını elan etdikdən və müvafiq qurumların razılığı əldə olunduqdan sonra uçuşları tam bərpa edəcək.
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]