“Qatar Open” turnirində iştirak edəcək Azərbaycan şahmatçıları bəlli olub
Bakı, 11 oktyabr, AZƏRTAC
Bu gün Dohada şahmat üzrə “Qatar Open” turnirinə start veriləcək.
Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yarışda Azərbaycanı Vüqar Rəsulov, Əhməd Əhmədzadə, Read Səmədov, Gülnar Məmmədova və Xanım Balacayeva təmsil edəcək.
155 şahmatçının iştirak edəcəyi turnir İsveçrə sistemi üzrə keçiriləcək. 9 turdan ibarət yarışda Maqnus Karlsen (Norveç), Hikaru Nakamura (ABŞ) və Aniş Giri (Niderland) də mübarizə aparacaq.
Qeyd edək ki, yarışın ümumi mükafat fondu 110 min ABŞ dolları təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [21:38]
Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb
- 02.10.2026 [19:30]
Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir
- 02.10.2026 [18:38]
"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib
- 02.10.2026 [18:32]
“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]