Qax rayonunun dağ çaylarında sahilbərkitmə işləri davam etdirilir
Qax, 15 iyun (AZƏRTAC). Qax şəhərinin və rayonun yaşayış məntəqələrinin sel sularından etibarlı mühafizəsini təmin etmək məqsədilə ərazidən axan Kürmük və digər dağ çaylarında sahilbərkitmə işləri davam etdirilir.
Rayon Suvarma Sistemləri İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, hazırda podratçı təşkilat “Azərkörpü” ASC tərəfindən İlisu kəndində, Hamam çayın sol sahilində 500 metrlik beton bəndin tikintisi davam etdirilir. Bundan əlavə, həmin təşkilat Qax şəhərinin mühafizəsi üçün Kürmük çayının sağ sahilində sahilbərkitmə işləri görür, Əlibəyli kəndini qorumaqdan ötrü 500 metrlik beton bənd çəkir. Başqa bir podratçı təşkilat- “Əfqan” firması Qaxbaş kəndinin mühafizəsi üçün hər biri 100 metrlik iki bəndin tikintisini başa çatdırmış və üçüncü bəndin tikintisinə başlamışdır.
Rayon Suvarma Sistemləri İdarəsi Kürmük çayının sol sahilində İbaxlı kəndini qoruyan beton bəndləri əsaslı təmir edir. İdarə yaşayış məntəqələrinin və əkin sahələrinin mühafizəsi üçün Kürmük çayının hər iki sahili boyunca, habelə Ağçay, Zəyəm və Ləkit çaylarında torpaq mühafizə bəndləri qurur, çay məcralarını lildən təmizləyir. Ümumiyyətlə, 2011-ci ilin əvvəlindən indiyədək idarə tərəfindən Kürmük çayında 321 min kubmetrlik torpaq mühafizə bəndləri qurulmuşdur. Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində bu ilin ötən dövründə rayonun yaşayış məntəqələrinin sel sularından etibarlı mühafizəsi tam təmin olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]