QAXDA KİTAB MARAFONU DAVAM EDİR
Rayon mədəniyyət şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu xeyirxah işə kömək göstərmək üçün ziyalılara, idarə və müəssisə rəhbərlərinə, iş adamlarına, rayondan kənarda yaşayan həmyerlilərə müvafiq müraciətlər göndərilmişdir.
İlk nəticələr göstərir ki, qaxlılar bu müraciətə biganə qalmamışlar. Qısa müddət ərzində 500-dən artıq latın qrafikalı kitab toplanaraq, rayon mərkəzi kitabxanasının fonduna təhvil verilmişdir. Kitabxana işçiləri fonda 100 kitab hədiyyə etdiyinə görə Bakı şəhərində yaşayan həmyerliləri Əhməd Əhmədzadəyə xüsusilə minnətdarlıqlarını bildirirlər.
Kitab marafonu davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:09]
İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb
- 29.09.2026 [18:54]
Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə
- 29.09.2026 [16:12]
Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb
- 29.09.2026 [15:36]
Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti
- 29.09.2026 [12:10]