QAXDA ŞƏHİD AİLƏLƏRİ VƏ ƏLİLLƏR ÜÇÜN YENİYAŞAYIŞ BİNASI TİKİLİR
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə Qax şəhərində 16 mənzilli yaşayış binası inşa edilir. Smeta dəyəri 330 min manat olan yeni yaşayış binasının tikintisi dövlət vəsaiti hesabına həyata keçirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, tikinti işlərini “İnşaatçı” Tikinti-Quraşdırma və Mexanizasiya Müəssisəsinin kollektivi həyata keçirir. İnşaatçılar yaşayış binasının tikintisini 2007-ci ildə başa çatdırmağı planlaşdırırlar.