“QAYNAR XƏTT” FƏALİYYƏTƏ BAŞLADI
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əhalinin rabitə sahəsində rastlaşdığı hər hansı problem və çətinliklərin həlli məqsədi ilə nazirlikdə “Qaynar xətt” açılmışdır. Hər bir vətəndaş həftənin iş günləri 499-08-98 nömrəli telefona zəng edərək şikayətini, narazılığını söyləyə bilər.