QAZ HASİLATININ GÜNDƏLİK HƏCMİ ARTIR
“Azneft” İstehsalat Birliyindən AZƏRTAC-a verilən məlumata görə, “Suraxanıneft” Neft və Qaz Çıxarma İdarəsinin kollektivi yanvar-sentyabr aylarında, orta hesabla, hər gün dövlətə nəzərdə tutulan 31 min kubmetr əvəzinə 38 min, “Bibiheybətneft” 49 min kubmetr əvəzinə 51 min, “Balaxanınef” 24 min kubmetr əvəzinə 42 min, “Abşeronneft” 104 min kubmetr əvəzinə 111 min, ”Qum adası” 801 min kubmetr əvəzinə 965 min kubmetr təbii qaz təhvil vermişlər.
Birliyin kollektivlərinin hər gün dövlətə təhvil verdiyi mavi yanacağın həcmi 9 milyon kubmetrə çatdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [16:20]
Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb
- 06.10.2026 [16:04]