Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAZAX RAYONU İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI RAUF HÜSEYNOVUN ÇIXIŞI

-Möhtərəm cənab Prezident,

Hörmətli mərasim iştirakçıları!

Bu gün qədim Qazax torpağına gəlişiniz rayonun həyatında əlamətdar bir hadisədir. Üçüncü dəfədir ki, dövlət başçısı qazaxlıların görüşünə gəlir. İcazə verin, Sizə Qazağın bütün sakinlərinin salamlarını çatdırım.

Möhtərəm cənab Prezident, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Qazağa üç dəfə səfər etmişdi. Onun rayonumuza hər səfəri Qazağın sosial-iqtisadi dirçəlişinə güclü təkan vermişdir. Bu, ulu öndərin Qazağa və qazaxlılara məhəbbətinin əyani təzahürü idi. Böyük Heydər Əliyevin Qazağa göstərdiyi diqqət və qayğı bu gün Sizin tərəfinizdən davam etdirilir. Bu qayğını hər bir qazaxlı, rayonun hər bir sakini hiss edir və buna görə də Sizə minnətdardırlar. Bu gün açılışına toplaşdığımız müasir və möhtəşəm Olimpiya İdman Kompleksi bu qayğının əyani təzahürüdür.

Möhtərəm cənab Prezident, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1998-ci ildə Qazaxda olarkən demişdir: “Əziz qazaxlılar, siz burada Azərbaycanın ön cərgəsində, ən ucqar nöqtəsində durmusunuz. Həm torpağınızı qoruyursunuz, həm də Azərbaycanı qoruyursunuz. Siz bütün Azərbaycan xalqının dayağısınız”.

Dahi Prezident tərəfindən Qazağa və onun sakinlərinə verilən bu böyük qiymət qəlbimizi qürur hissi ilə doldurmuşdur.

Möhtərəm cənab Prezident, Ramana qəsəbəsi yaxınlığında məcburi köçkün ailələri üçün salınmış yeni qəsəbənin açılış mərasimində dediyiniz “biz öz ərazi bütövlüyümüzü istənilən yolla bərpa edəcəyik” sözləri biz qazaxlıların da ürəyincədir. Qazax sakinləri həmişə Sizin arxanızda mərd-mərdanə dayanıb və torpaqlarımızın azad olunmasına, ərazi bütövlüyümüzün bərpa edilməsinə hər an hazırdırlar.

Möhtərəm cənab Prezident, Sizin rayonumuza hər bir gəlişiniz regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramının uğurlu icrasına etibarlı zəmin yaradır. İcazə verin, fürsətdən istifadə edərək, Sizə bu barədə qısa məlumat verim.

Ötən dövr ərzində rayonda “Zili” xalçaçılıq müəssisəsinin, konserv zavodunun, “Şahnigar” Məhdud Məsuliyyətli Cəmiyyətinin, Bentonit gil kombinatının fəaliyyəti bərpa edilmişdir. Yeni istehsal sahələri olan “İmperial” şirkəti, mişar daşı karxanası, “Damla” süfrə suyu istehsal edən müəssisə, tökmə və daşyonma sexləri yaradılmışdır. Son üç ildə rayonda 3990 yeni iş yeri yaradılmışdır ki, bunlardan da 2402-si daimidir. Bu, Sizin sahibkarlığın inkişafına göstərdiyiniz böyük qayğının təzahürüdür.

Sizin tapşırığınızla, respublikanın bütün bölgələrində olduğu kimi, Qazaxda da abadlıq-quruculuq işləri geniş vüsət almışdır. 6,9 kilometrlik şəhərdaxili yollara asfalt salınmışdır. 50 min kvadratmetr sahəyə üzlük plitə döşənilir. Küçələrdə yeni işıqlandırma sistemləri quraşdırılmışdır. Heydər Əliyev adına park yenidən qurulmuş, ulu öndərin qranit heykəli ucaldılmışdır. Bu, qədirbilən qazaxlıların ümummilli liderin əziz xatirəsinə böyük məhəbbət və ehtiramının təzahürüdür.

Ötən müddət ərzində şəhərin mərkəzində “Mütəfəkkirlər bağı”, Ana və uşaq parkı, Dədə Qorqud abidə kompleksi yaradılmış, İsmayıl Şıxlı adına park salınmış və orada görkəmli yazıçının abidəsi ucaldılmışdır. Səməd Vurğun Poeziya evi və Qazax Dövlət Rəsm Qalereyası müasir standartlara uyğun olaraq əsaslı təmir edilmişdir. Bu da Sizin qazaxlılara olan diqqətinizin nümunəsidir.

Möhtərəm cənab Prezident, ölkəmizdə sağlam və savadlı gənc nəslin yetişdirilməsini təmin etmək məqsədi ilə Sizin tapşırığınızla bütün bölgələrdə, o cümlədən Qazaxda təhsil müəssisələri, diaqnostika və müalicə mərkəzləri, idman qurğuları inşa olunur. Bütün bunlar xalqımızın, millətimizin sağlam genefonda malik olmasına etibarlı zəmin yaradır.

Son üç ildə rayonumuzda 1060 şagird yerlik üç yeni məktəb binası istifadəyə verilmiş, üç məktəbdə 380 yerlik yeni sinif otaqları inşa olunmuş, 12 məktəb əsaslı təmir edilmişdir. Məktəblərin ikisi Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində tikilmişdir. İki yeni məktəb binasının tikintisində isə işlər uğurla davam etdirilir. Biz qazaxlılar buna görə Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk. Bütün bunlar Qazax rayonunda təhsil sisteminin daha da yaxşılaşmasına və gənc nəslin təlim-tərbiyəsinə göstərilən qayğının bariz nümunəsidir.

Hazırda rayonda müasir tipli diaqnostika mərkəzinin tikintisi də uğurla davam etdirilir.

Möhtərəm cənab Prezident, 2004-cü ildə rayonumuzda olarkən, Siz qazaxlı gənclərin arzusunu nəzərə alaraq, rayonda Olimpiya İdman Kompleksinin tikintisinə kömək edəcəyinizi bildirmişdiniz. Çox sevinirik ki, Siz bizim bu arzumuzu reallaşdırdınız. Bu yüksək qayğıya görə, Sizə bir daha rayonumuzun bütün sakinlərinin təşəkkürünü və dərin minnətdarlığını çatdırıram.

Möhtərəm cənab Prezident, əmin ola bilərsiniz ki, Vətənimizin tərəqqisi, xoş, nurlu sabahı, xalqımızın firavan və xoşbəxt həyatı naminə gördüyünüz bütün işlərdə biz qazaxlılar Sizinlə olacağıq, fəaliyyətinizi daim dəstəkləyəcəyik. Biz Azərbaycanın xoşbəxt gələcəyinə inanırıq və bu gələcəyi böyük Heydər Əliyevin parlaq ideyaları və Sizin adınızla bağlayırıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çempionlar Liqası: "Sabah" “Slaviya Praqa”nı məğlub edir – YENİLƏNİB 3

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb

“Azərişıq” əməkdaşları Türkiyədə beynəlxalq Peşə Ustalığı Yarışında birinci yeri tutublar

Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər

Gürcüstan ilə Aİ arasında münasibətlər və gələcək əməkdaşlıq yenidən diqqət mərkəzindədir

Manna şəhərlərindən xanlıqlar dövrünədək şəhərsalma tariximizə elmi baxış

Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib VİDEO

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib VİDEO

“PeşəFest-2026”nın növbəti dayanacağı Naxçıvan olub

Azərbaycanda avtomobil yanacağı satışından əldə olunan gəlirlər 4 faiz artıb

Dünyəvi təhsil ənənələri ötən əsrin əvvəllərindən formalaşmağa başlayıb – Hüseyn İbrahimov