Qazaxıstan kimya və metallurgiya sahələrində 10 milyard dollar dəyərində layihələrin icrasına başlayır
Astana, 12 may, AZƏRTAC
Qazaxıstanda ümumi dəyəri 10 milyard ABŞ dolları olan beş iri layihənin icrasına başlanılıb.
AZƏRTAC Qazaxıstan Baş nazirinin rəsmi informasiya mənbəyinə istinadla xəbər verir ki, bu barədə sənaye və tikinti naziri Ersayın Naqaspayev məlumat verib.
Kimya və metallurgiya sahələrində iri sənaye layihələrin icrasına dair keçirilmiş iclasda verilən sualı cavablandıran nazir qeyd edib ki, bu layihələrin icrası 8 700-dən çox daimi iş yerinin açılmasına şərait yaradacaq.
İclasın gedişində müasir sənaye klasterlərinin formalaşdırılmasına kompleks yanaşmanın vacibliyi vurğulanıb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]