QAZAXISTAN KOSMİK RAKET KOMPLEKSİ YARATMAQ NİYYƏTİNDƏDİR
Qazaxıstanın Rusiya elmi tədqiqat müəssisələri ilə birgə belə kompleks yaratmaq üçün texniki imkanları var. Qazaxıstanın baş naziri Danial Əhmədov demişdir ki, bu cür kompleksin yaradılması zərurəti iqtisadiyyatın ehtiyaclarından irəli gəlmişdir. Nanotexnologiyalar yerətrafı orbitə çıxarmaq üçün kiçik aparatlar yaratmağa imkan verir. Lakin ölkələrin çoxunun belə texniki vasitələri yoxdur. Ona görə kosmik texnologiyalar və xidmət bazarında bu yeri Qazaxıstan tuta bilər.