Qazaxıstan Milli Elmlər Akademiyasına yeni rəhbər təyin edilib
Bakı, 12 aprel, AZƏRTAC
Yeni tipli koronavirusa (COVID-19) qarşı “QazVac” adlı Qazaxıstan vaksinini yaratmış Kunsulu Zakarya Qazaxıstan Milli Elmlər Akademiyasının prezidenti təyin edilib.
AZƏRTAC Qazaxıstan dövlət başçısının saytına istinadla xəbər verir ki, Prezident Kasım-Jomart Tokayev aprelin 12-də müvafiq sərəncam imzalayıb.
Kunsulu Zakarya biologiya elmləri doktoru, professor, Elm və texnika sahəsində əl-Fərabi adına Dövlət mükafatı laureatı, Təbiət Elmləri Akademiyasının üzvü, Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü, Yeni tipli koronavirusa (COVID-19) qarşı “QazVac” adlı Qazaxıstan vaksininin müəllifidir. O, bioloji təhlükəsizlik, biotexnologiya və mikrobiologiya sahəsində tanınmış mütəxəssisdir. Yeni təyinata qədər “QazBioPharm Milli Holdinqi” səhmdar cəmiyyətinin baş direktoru olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [13:01]
Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]
Fransada qadınlara çağırış edildi: Oktyabrın 13-də iş dayandırılır
- 07.10.2026 [12:00]
Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır
- 07.10.2026 [11:56]