Qazaxıstan Prezidenti: Atom Elektrik Stansiyasının tikintisi ilə bağlı qərara gələcəyik
Nur-Sultan, 19 noyabr, AZƏRTAC
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə enerji defisitinin əlamətlərinin müşahidə olunduğunu deyib.
AZƏRTAC xəbər verir ki, Kasım-Jomart Tokayev Qazaxıstanın Atom Elektrik Stansiyasının (AES) tikintisi ilə bağlı qərara gələcəyini açıqlayıb.
“Artıq Qazaxıstanda elektrik enerji çatışmazlığının ilk əlamətlərini hiss edirik. Təbii ki, ümumi kəsr yoxdur. Ancaq ilk əlamətlər hiss edilir. Ona görə də gələcəyə baxaraq, biz atom elektrik stansiyasının tikintisi ilə bağlı qərar qəbul etməli olacağıq”, - deyə ölkə başçısı bildirib.
Xatırladaq ki, 2019-cu ildə Rusiya Prezidenti Vladimir Putin Tokayevlə görüşündə Moskva ilə Nur-Sultan arasında energetika sahəsində əməkdaşlığı genişləndirməyi və Rusiya texnologiyalarından istifadə etməklə Qazaxıstanda AES tikməyi təklif edib. Bu il sentyabrın 1-də Tokayev bir il ərzində ölkədə təhlükəsiz nüvə enerjisinin inkişaf etdirilməsi imkanlarının öyrənilməsini tapşırıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]