Qazaxıstan Prezidenti ərazi müdafiə haqqında qanunu imzalayıb
Astana, 30 iyun, AZƏRTAC
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Qazaxıstan Respublikasının ərazi müdafiəsi haqqında” qanunu imzalayıb.
AZƏRTAC “Akkorda”nın mətbuat xidmətinə istinadla xəbər verir ki, qanun ictimai münasibətlərin hüquqi tənzimlənməsini və ərazi müdafiəsi sahəsində dövlət siyasətinin təşkilati-hüquqi əsaslarının bərqərar olunmasını təmin edir.
Bununla yanaşı, qanun ərazi müdafiəsinin maddi təminatı məsələlərini tənzimləyir. Müdafiə Nazirliyinə müvafiq funksiyaları həvalə etməklə bu sahədə dövlət nəzarəti tətbiq edilib.
Sənəd effektiv ərazi müdafiəsi sisteminin formalaşdırılmasına və fövqəladə hallarda əhalinin təhlükəsizliyinin təmin edilməsinə yönəlib. Müvafiq tədbirlərin təşkili və maliyyələşdirilməsinin kifayət etməsinə vahid yanaşmalar prinsipləri müəyyən edilib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]