Qazaxıstan saytında Azərbaycan Baş Prokurorluğunun məlumatı dərc edilib
Nur-Sultan, 6 oktyabr, AZƏRTAC
Qazaxıstanın “Zakon.kz” saytında Azərbaycan Baş Prokurorluğunun xarici ölkələrdən ermənilərin Qarabağa getməsinə yol verməməsi müraciəti haqda xəbər yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, Baş Prokurorluğa istinadən dərc edilən xəbərdə rəsmi Yerevanın müxtəlif ölkələrdə yaşayan bütün ermənilərə açıq şəkildə müraciət etdiyi xatırladılır.
Məqalədə qeyd edilib ki, müraciət ABŞ, Kanada, Avstraliya, Almaniya, Rusiya, Gürcüstan, Ukrayna, Belarus, Özbəkistan, Uruqvay, İraq, İran və Argentinanın baş prokurorlarına və ədliyyə nazirlərinə göndərilib. Həmçinin Braziliya, Bolqarıstan, Polşa, Livan, Yunanıstan, Suriya və Fransaya müraciətlər göndərilib. Bütün bu ölkələrdə ermənilərin çoxsaylı diasporunun olması da qeyd edilib.
Azərbaycanın Baş Prokurorluğunda rəsmi Yerevanın müxtəlif ölkələrdə yaşayan bütün ermənilərə açıq şəkildə müraciət etməsi, Dağlıq Qarabağ uğrunda müharibədə “könüllü” iştirak etməsi üçün Ermənistana çağırılması xatırladılıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:23]
NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib
- 29.09.2026 [12:20]
Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib
- 29.09.2026 [12:04]
Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb
- 29.09.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 29.09.2026 [11:08]