Qazaxıstan sərhəddə məhdudlaşdırıcı tədbirləri gücləndirəcək
Nur-Sultan, 3 noyabr, AZƏRTAC
Qazaxıstan koronavirusla mübarizə tədbirləri çərçivəsində sərhəddə məhdudlaşdırıcı tədbirləri gücləndirəcək.
Qərar ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üzrə İdarələrarası Komissiyanın iclasında qəbul edilib.
AZƏRTAC xəbər verir ki, tətbiq olunan məhdudiyyətlər Qazaxıstan vətəndaşlarının qohumları olan və ya ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşlara və ailə üzvlərinə aiddir. Onlara 90 gün ərzində bir dəfədən çox olmayaraq ölkədən getmək və gəlmək üçün icazə verilir.
Həmçinin 57 ölkənin vətəndaşları üçün vizasız rejimin tətbiqi 2021-ci il mayın 1-dək uzadılıb, 2021-ci il yanvarın 1-dək Çin və Hindistandan tranzit keçən sərnişinlərin respublikada 72 saatlıq vizasız qalmasına icazə ləğv edilib.
Türkiyə ilə aviareyslərin sayı noyabrın 9-dan həftədə 33 dəfədən 20-dək azaldılıb.
Qeyd edək ki, noyabrın 2-nə olan məlumata görə, Qazaxıstan ərazisində koronavirus infeksiyası hallarının artması qeydə alınıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]