Qazaxıstan təmsilçisi: TDT-nin vahid xəritəsinə əlavə ediləcək bir çox nüans var
Bakı, 3 dekabr, Göyçək Mahmudlu, AZƏRTAC
Prinsipcə, düşünürəm ki, gələcəkdə, bir çox sahədə, o cümlədən Xəzər dənizi ilə bağlı əməkdaşlığımız olacaq. Həmçinin türk dövlətlərinin xəritəsi üzərində infrastruktur, nəqliyyat və logistika baxımından işləməyə davam edəcəyik.
Bunu AZƏRTAC-a açıqlamasında Qazaxıstanın Milli Geodeziya və Məkan Məlumatı Mərkəzi Dövlət Müəssisəsinin Layihə İdarəsinin rəhbəri Miras Alimkul deyib.
Qazaxıstan təmsilçisinin sözlərinə görə, TDT-nin vahid xəritəsinə logistika, beynəlxalq daşınmalar, neft-qaz infrastrukturu baxımından məlumatları paylaşmaq üçün əlavə edilə biləcək bir çox nüans var. Bütün bunlar birgə koordinasiya tələb edir.
"Əlbəttə ki, Xəzər dənizini birgə araşdırmaq istərdik. Çünki bu, bizim ortaq dənizimizdir. Düşünürəm ki, Xəzər dənizinin öyrənilməsində əməkdaşlıq etməliyik. Xəzərin dayazlaşmasının qarşısını almaq çox vacibdir. Rusiya ilə işləmək də daxil olmaqla müəyyən tədbirlər görməliyik".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 29.09.2026 [19:34]
Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib
- 29.09.2026 [18:43]
Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib
- 29.09.2026 [18:20]
“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO
- 29.09.2026 [17:43]
Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib
- 29.09.2026 [17:33]