Qazaxıstan “Tengizchevroil” şirkətindən 203 milyard dollar gəlir əldə edib
Astana, 16 may, AZƏRTAC
“Tengizchevroil” (TŞO) şirkətinin fəaliyyəti nəticəsində Qazaxıstanın birbaşa maliyyə gəlirləri 1993-cü ildən bu günə qədər 203 milyard ABŞ dollarını ötüb.
AZƏRTAC şirkətin hesabatına istinadən xəbər verir ki, Tengiz yatağındakı bütün obyektlərin tam istehsal gücündə fəaliyyətə başlamasından sonra TŞO-nun illik neft hasilatının təxminən 40 milyon ton təşkil edəcəyi gözlənilir.
Tengiz neft yatağı 1979-cu ildə kəşf olunub və dünyanın ən iri və ən dərin yataqlarından hesab olunur. Yatağın ümumi kəşf edilmiş ehtiyatları 3,1 milyard ton təşkil edir. “Tengizchevroil” Məhdud Məsuliyyətli Cəmiyyəti 1993-cü il aprelin 6-da Qazaxıstan hökuməti ilə “Chevron” şirkəti arasında imzalanmış saziş əsasında təsis edilib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]
Qırğızıstan BMT-nin Kağızsız Ticarət Şurasına yenidən sədr seçilib
- 09.06.2026 [14:51]
İndoneziyada Levotobi vulkanı yenidən püskürüb: hava limanı bağlanıb
- 09.06.2026 [14:47]
Kreml Ermənistan seçkilərinin rəsmi nəticələrini gözləyir
- 09.06.2026 [14:44]
Filippində dağıntılar altında sağ qalanların axtarışı davam edir
- 09.06.2026 [14:40]