Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin tikintisi planını elan edib
Astana, 28 yanvar, AZƏRTAC
Qazaxıstanın Baş naziri Oljas Bektenov Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi planlarını açıqlayıb.
AZƏRTAC Qazaxıstan Baş nazirinin rəsmi informasiya resursuna istinadla xəbər verir ki, bu barədə o, iqtisadiyyatın perspektivli sahələrində əsas layihələrin müzakirə olunduğu hökumətin geniş iclasında danışıb.
Onun sözlərinə görə, layihənin icrasına bu ildən başlanılacaq.
Xatırladaq ki, 2023-cü ildə telekommunikasiya operatorları “AzerTelecom” ilə “Qazaxtelecom” arasında Xəzər dənizinin dibi ilə Azərbaycan-Qazaxıstan boyunca marşrutla Trans-Xəzər fiber-optik rabitə xəttinin (FOCL) tikintisi və istismarı üzrə birgə müəssisənin yaradılması haqqında Saziş imzalanıb.
Sualtı xəttin əsas marşrutu Qazaxıstanın Aktau şəhərindən Azərbaycanın Siyəzən şəhərinə qədər uzanacaq və uzunluğu 340 kilometrdən çox olacaq. Qazaxıstanın Kurık şəhərindən Bakı yaxınlığındakı Buzovna kəndinə təxminən 330 kilometr uzunluğunda ehtiyat kanal da çəkiləcək.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:19]
® Təhsil işçilərinə nağd pul kreditində 7 faizədək endirim
- 24.09.2026 [12:17]
“Culfa” tankeri əsaslı təmir edilərək istismara qaytarılıb
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]