Qazaxıstan XİN: Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qətiyyətli dəstəyimizi bir daha təsdiqləyirik
Bakı, 12 sentyabr, AZƏRTAC
Qazaxıstan Azərbaycanın suverenliyinə və beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə qətiyyətli dəstəyini ifadə edib.
AZƏRTAC xəbər verir ki, bu ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Qarabağ ətrafında baş verən son hadisələrlə əlaqədar olaraq, Qazaxıstan Respublikası Azərbaycan Respublikasının suverenliyinə və beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə qətiyyətli dəstəyini bir daha təsdiqləyir və bütün məsələlərin BMT-nin Nizamnaməsinə, beynəlxalq hüququn əsas norma və prinsiplərinə uyğun olaraq siyasi-diplomatik yolla həllinə tərəfdar olduğunu bildirir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]