Qazaxıstanda dövlət dilində televiziya proqramlarının həcmi artırılacaq
Bakı, 6 iyun, AZƏRTAC
Qazaxıstan Senatının (parlamentin yuxarı palatası) deputatları 2027-ci ilədək dövlət (qazax) dilində yayımlanacaq televiziya və radio proqramlarının həcminin 50 faizdən 60 faizə çatdırılmasını nəzərdə tutan “Kütləvi informasiya vasitələri haqqında” qanunu təsdiqləyiblər.
AZƏRTAC xəbər verir ki, yeni qanun televiziya və radio proqramlarının dövlət dilində yayımına və yerli məzmunun həcminə tələbin 2025-ci ildən 55 faizə, 2027-ci ildən isə 60 faizə çatdırılmasını nəzərdə tutur.
Eyni zamanda, televiziya kanallarının və radioların həftəlik yayımında xarici proqramların həcminin 20 faizdən 10 faizədək azaldılması planlaşdırılır.
Qanuna əsasən, online nəşrlər və xəbər agentlikləri vahid “İnternet nəşri” konsepsiyasında birləşdiriləcək və onlar kütləvi informasiya vasitələrinin növlərindən biri kimi qeydiyyatdan keçməli olacaq.
“KİV haqqında” qanun Qazaxıstan prezidenti tərəfindən də imzalanmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
Hörmüz boğazında gəmi vurulub
- [14:13]
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]