Qazaxıstanda “KazAgroFarm-2026” aqrosənaye sərgisi açılıb
Astana, 21 oktyabr, AZƏRTAC
Astanada “KazAgroFarm-2026” beynəlxalq aqrosənaye sərgisi açılıb. Tədbir oktyabrın 23-dək davam edəcək və 25 ölkədən 300-dən çox şirkətin iştirakı gözlənilir.
Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC tədbirin rəsmi beynəlxalq media tərəfdaşıdır.
“ExpoGroup” tərəfindən təşkil edilən sərgi EXPO Beynəlxalq Sərgi Mərkəzində keçirilir.
Qazaxıstanın dövlət qurumlarının, xarici nümayəndə heyətlərinin, diplomatik nümayəndəliklərin, beynəlxalq aqrobizneslərin və fermer təsərrüfatlarının nümayəndələrinin tədbirdə iştirakı gözlənilir.
Sərgi iki əsas sahəni - bitkiçilik (“KazAgro”) və heyvandarlıq (“KazFarm”) sektorlarını birləşdirir. Tədbirin proqramına müasir kənd təsərrüfatı texnikası və avadanlıqlarının nümayişi, eləcə də rəqəmsallaşdırma, süni intellekt, robototexnika və dəqiq əkinçilik sahələrində həllər daxildir.
İşgüzar proqrama konfranslar, panel müzakirələri, seminarlar və peşəkar görüşlər daxildir. Mərkəzi tədbirlərdən biri Qazaxıstanın 75 illik yubileyinə həsr olunmuş “Akbas” Ağbaşlı Mal-qara Cinsi Günü olacaq.