Qazaxıstanda Konstitusiyanın 30 illiyi qeyd edilir
Astana, 30 avqust, AZƏRTAC
Avqustun 30-da Qazaxıstanda Konstitusiya Günü qeyd edilir.
AZƏRTAC xəbər verir ki, ölkənin Əsas Qanunu 1995-ci il avqustun 30-da ümumxalq referendumunda qəbul edilib və dövlət müstəqilliyinin, demokratiyanın və qanunun aliliyinin əsasına çevrilib.
Bundan əvvəl 1993-cü il Konstitusiyası qüvvədə idi, lakin dövlətçiliyin möhkəmləndirilməsi zərurətini nəzərə alaraq, ölkə üçün yeni variant daha müasir oldu.
Üç onillik ərzində sənəd dəfələrlə yenilənib; vətəndaşlar 5 iyun 2022-ci ildə keçirilən referendumda əsas düzəlişlərə səs veriblər. Daha sonra islahat paketi seçicilərin 77 faizindən çoxu tərəfindən dəstəklənib.
Bu əlamətdar gün münasibətilə dövlət başçısı Kasım-Jomart Tokayevin fərmanı ilə “Qazaxıstan Respublikası Konstitusiyasının 30 ili” yubiley medalı təsis edilib.
Bu gün ölkənin hər yerində Qazaxıstanın tarixi və mədəniyyətinə həsr olunmuş bayram tədbirləri, konsertlər və sərgilər keçirilir.
Konstitusiya Günü Qazaxıstanda rəsmi qeyri-iş günüdür.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [21:49]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]