Qazaxıstanda özünümüdafiə və könüllülər dəstələri yaradılacaq
Astana, 30 oktyabr, AZƏRTAC
Qazaxıstan Parlamenti Məclisinin plenar iclasında “Qazaxıstan Respublikasının ərazi müdafiəsi haqqında” qanun layihəsi və bununla bağlı düzəlişlər birinci oxunuşda qəbul olunub.
AZƏRTAC xəbər verir ki, bu qanun layihəsinin əsas məqsədi səfərbərlik, hərbi vəziyyət və müharibə dövründə ölkənin müdafiə qabiliyyətini artırmaq, əhalinin təhlükəsizliyini təmin etmək, ərazi müdafiə obyektlərini və respublika ərazisini qorumaqdır.
Qanun layihəsi Qazaxıstanın müdafiə sistemi üçün yeni anlayışlar - özünümüdafiə və könüllülər dəstələrinin formalaşdırılmasını ehtiva edir. Özünümüdafiə dəstələri hərbi vəziyyət və müharibə zamanı yerli hərbi hakimiyyət orqanları tərəfindən yaradılır.
“Könüllülər” dedikdə, burada könüllü olaraq özünümüdafiə birləşmələrinə üzv olmuş Qazaxıstan vətəndaşları nəzərdə tutulur.
Onlar yaşayış məntəqələrinin, ərazi müdafiə obyektlərinin mühafizəsi və müdafiəsi üzrə tapşırıqların yerinə yetirilməsi, müdafiə qurğularının tikintisi, təxliyə tədbirlərinin həyata keçirilməsi və digər tapşırıqların yerinə yetirilməsinə cəlb olunacaq.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]