Qazaxıstanda yaşayan azərbaycanlı ailəsində dördəm əkizlər dünyaya gəlib
Nur-Sultan, 3 fevral, AZƏRTAC
Qazaxıstanın Mangistau vilayətində 30 il ərzində ilk dəfə dördəm əkizləri dünyaya gəlib. Bu dördəm əkizlər sevinci vilayətdə həmyerlilərimizin ailəsində yaşanıb.
AZƏRTAC xəbər verir ki, ailə uşaqlara Azərbaycan Respublikasının doğum haqqında şəhadətnamənin alınması üçün ölkəmizin Aktaudakı Baş konsulluğuna müraciət ediblər. Baş konsulluqdan doğum haqqında şəhadətnamənin rəsmiləşdirildiyini bildirdilər.
Doğulanların ən böyüyünün çəkisi 1390 qram, ən kiçiyinin - 1190 qramdır. Yeni doğulanlar 36 gün ərzində Perinatal Mərkəzin həkimlərinin nəzarəti altında olublar. Həm yeni doğulmuş körpələrin, həm də ananın səhhəti yaxşıdır.
Əkizlərdən 3 qız, 1 oğlan uşaqlarının adları Rəsul, Fənarə, Ayla və Narindir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]