Qazaxıstanın əksər bölgələrində COVID-19-a yoluxma hallarında artım qeydə alınıb
Nur-Sultan, 3 noyabr, AZƏRTAC
Qazaxıstanın əksər bölgələrində COVID-19 infeksiyasına yoluxma hallarında artım qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, ölkədə son bir gündə 449 nəfər koronavirus infeksiyasına yoluxub.
COVID-19-a qarşı mübarizə üzrə idarələrarası komissiyadan bildirilib ki, yoluxmanın ən böyük artımı Şərqi Qazaxıstan bölgəsində - gündə 200-dən çox hal qeydə alınıb.
Ölkədə COVID-19-a yoluxanların ümumi sayı 113 min 309 nəfərə çatıb .
Pandemiya qurbanlarının sayı 1857 nəfərə, sağalanların sayı isə 106 min 716-ya çatıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]