Qazaxıstanın hərbi nümayəndə heyəti Türkiyədə səfərdədir
Ankara, 10 mart, AZƏRTAC
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Səlcuq Bayraktaroğlu martın 10-da Ankarada Qazaxıstan Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı general-mayor Mereke Kuçekbayev ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib. Görüşdə Türkiyə Quru Qoşunlarının komandanı Metin Tokel də iştirak edib.
Qazaxıstanın nümayəndə heyəti Türkiyə Quru Qoşunları komandanlığının dəvəti ilə Türkiyədə səfərdədir.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara