QAZMAÇILARIN RAHATLIĞI ÜÇÜN ŞƏRAİT YARADILIR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, Abşeron Qazma İşləri İdarəsinin binasında 150 nəfərlik yeməkxana yüksək səviyyədə təmir edilmişdir. İşçilər fəhlə təchizatı birliyi tərəfindən hər gün isti yeməklə təmin ediləcəkdir. Onların əmək və istirahət şəraitini yaxşılaşdırmaq məqsədi ilə kondisioner və digər məişət cihazları ilə təchiz olunmuş yeni vaqon-evciklər də alınmışdır.
Zəngin təcrübəyə və ənənələrə malik Abşeron Qazma İşləri İdarəsində 500 nəfərədək işçi çalışır. Onların maddi və sosial tələbatının ödənilməsi idarə rəhbərliyinin daimi diqqət mərkəzindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:34]
Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur
- 16.10.2026 [18:43]
Mərkəzi Bank 2026 və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb
- 16.10.2026 [18:43]
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
- 16.10.2026 [18:40]
Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb
- 16.10.2026 [18:33]
Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir
- 16.10.2026 [18:20]