“Qəbələ” qanalı futbolçu ilə yeni müqavilə imzalayıb
Bakı, 14 aprel, AZƏRTAC
“Qəbələ” futbolçusu Prins Ovusu ilə yeni müqavilə imzalayıb.
Klubdan AZƏRTAC-a bildirilib ki, 20 yaşlı vingerlə sözləşmənin müddəti 2028-ci ilin iyun ayınadək uzadılıb.
Futbolçu “qırmızı-qaralar”ın heyətində keçirdiyi 29 oyunda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Qananın Nayan Akademiyasından transfer olunan Prins Ovusu ötən mövsüm “Qəbələ”nin U-19 komandasında çıxış edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [22:55]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
- 01.10.2026 [22:41]
Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil
- 01.10.2026 [21:16]
FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]