CƏMİYYƏT
Qəbələdə istirahət mərkəzində xüsusi karantin rejiminin tələblərini pozan şəxs cərimələnib VİDEO
Bakı, 2 iyul, AZƏRTAC
Sosial şəbəkələrdə “Bayram Nurlu” kimi tanınan, Qax rayonunun Tasmalı kənd sakini Bayraməli Musayevin Qəbələ rayonundakı istirahət mərkəzlərindən birində tibbi maskadan istifadə etmədən və sosial məsafə saxlamadan xüsusi karantin rejiminin tələblərini pozaraq rəqs etməsi görüntüləri yayımlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar Bayraməli Musayev polis şöbəsinə dəvət edilib. Barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilən B.Musayev 100 manat məbləğində cərimələnib.
O, törətdiyi inzibati xətanı etiraf edib və bu hərəkətindən peşman olduğunu bildirib.