Qəbələdə ölümlə nəticələnən yol qəzası baş verib
Qəbələ, 27 oktyabr, AZƏRTAC
Bu gün səhər saatlarında Ağdaş-Qəbələ avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, “VAZ 21015” markalı avtomobil rayonun Soltannuxa kənd ərazisindən Əmili kənd istiqamətində hərəkətdə olarkən sürücü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yolun kənarındakı beton su kanalına düşüb.
Qəza nəticəsində avtomobildə olan bir nəfər hadisə yerində dünyasını dəyişib, digəri isə ağır bədən xəsarətləri alıb.
Hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadasının köməyi ilə yaralı şəxs Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirirlər.
Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [18:49]
Milli Parkın ərazisində narkotik plantasiyası aşkarlanıb VİDEO
- 04.06.2026 [17:40]
Laçın şəhərinin su təminatı 6 subartezian quyusu vasitəsilə həyata keçirilir
- 04.06.2026 [17:21]
Akademik İsmayıl Hacıyevin biblioqrafiyası nəşr olunub
- 04.06.2026 [15:51]
Şuşa şəhəri dayanıqlı içməli su ilə təmin edilir VİDEO
- 04.06.2026 [15:44]
Energetika naziri Ağdamda vətəndaşlarla görüşəcək
- 04.06.2026 [15:24]