QƏBƏLƏDƏ XALÇA SEXİ İSTİFADƏYƏ VERİLMİŞDİR
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, Qəbələ rayonunun Vəndam kəndində əhalinin istək və xahişi nəzərə alınaraq, “Azərxalça” İstehsalat Birliyinin filialı açılmışdır.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, kənd bələdiyyəsi tərəfindən ayrılmış binada təmir işləri aparılmış, filialın fəaliyyətə başlaması üçün hər cür şərait yaradılmışdır. 50 nəfərin çalışdığı sexdə gələcəkdə işçi qüvvəsinin sayını 100-ə çatdırmaq nəzərdə tutulmuşdur.